Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Bölgələrdən seçilən deputatlara vəzifə maaşlarından əlavə 220 manat kirayə haqqı ödənilir

1 464
Paylaş:
Bölgələrdən seçilən deputatlara vəzifə maaşlarından əlavə 220 manat kirayə haqqı ödənilir

Milli Məclisə bölgələrdən seçilən deputatlara hər ay vəzifə maaşlarından əlavə 220 manat kirayə haqqı ödənilir.

Pravda.az-ın xəbərinə görə, deputatlar maaşlarına (1 732 AZN) əlavələrlə birlikdə 3 500 manat vəsait alırlar. Parlamentin sədri, müavinləri, komitə sədrlərinin maaşları bir qədər artıqdır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 26-cı maddəsinə əsasən, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.

Göründüyü kimi, verilən kirayə haqqı formal xarakterlidir. Çünki indiki vəziyyətdə Bakı şəhərində 220 manata şəraiti olan mənzil tapmaq müşkül məsələdir. Səbəb illər öncə qəbul edilən qərardır.

Komitə sədrləri istisna olmaqla, digərlərinə xidməti avtomobil də verilmir. Qanuna dəyişiklik ediləcəyi istisna deyil. 

Paylaş:

Ən son xəbərlər