Şəkidə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məhkəmədə törədilən dəhşətli qətllərin təfərrüatı məlum olub.
Şəkinin Baş Şabalıd kəndində 60 yaşlı Namik Məmmədov həmkəndliləri 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlunu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirib.
İttihama görə, Namik Məmmədov əvvəlcə özünə məxsus torpaq sahəsində mal-qara otarmaqda günahlandırdığı İsrafil Məmmədsoyu öldürüb.
Sonra isə qonşusu Azər Sədiyevi güllələyib. Azər Sədiyevi isə daha əvvəl aralarında baş vermiş narazılığa görə öldürüb. Belə ki, Namik Məmmədov Azər Sədiyevin onu və ailə üzvlərini təhqir etdiyini, oğlan uşağı olmadığına görə onu ələ saldığını əsas gətirərək qətlə yetirib.
Qətlə yetirilənlərdən İsrafil Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.
Namik Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qətli özünə məxsus ov tüfəngi ilə törədib. Həmin silahdan kənd ərazisindəki yırtıcı heyvanlardan qorunmaq üçün istifadə edirmiş.
Dindirilən zaman N.Məmmədov bildirib ki, qonşusu İsrafil Məmmədsoy tərəfindən təzyiqlərə məruz qalırmış:
“İsrafil Məmmədsoy qonşuluğa köçdüyü gündən ailəm və özüm dözülməz təzyiqlərə məruz qalmışıq. Yaşca böyük olduğuna görə ona cavab qaytarmamışam. Ancaq İsrafil bundan istifadə edirdi. Bilərəkdən həyətdə söyüş söyürdü. Onun üzünü görməmək üçün həyətdə 4 metr hündürlükdə hasar çəkdirdim. Ancaq İsrafil əl çəkmirdi. Həyətdə söyüş söyəndə odun doğrayan aləti işə salırdım ki, söyüşləri ailəm eşitməsin. İsrafilin qardaşlarına, oğluna, polisə bu barədə məlumatlar vermişəm.
İsrafil müxalifətçi idi. Həmişə məni hədələyirdi ki, hakimiyyətə gələndən sonra hamını həbs edəcək. Seçki məntəqəsinə üzv olduğuma görə Azər və İsrafil məni təhqir edirdilər”.
Hadisə günü baş verənlərdən danışan N.Məmmədov deyib ki, İsrafil onun pay torpağını yararsız hala salıbmış: