"Ağır xəstəlik idi, bilirdik ki, anamı itirəcəyik. Anamın ilk əməliyyatında həkim dedi ki, 2 il ömrü var. Ancaq həkim nə qədər verdi, verdi. Ondan sonra 3 il 3 ay yaşadı. O ərəfədə sürünürdüm, amma bilirdim işləməliyəm, yük çiynimdədir".
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu ""İncə səhər" verilişində deyib. Sənətçi xərçəng xəstəliyindən əziyyət çəkən anasının vəfatından danışıb:
"Əhvalım pis olanda kiməsə göstərməmişəm. Anam dünyasını dəyişəndə də danışmadım. İçimdə çəkdim, qapalı adamam. İstədim gedim xaricə istirahət edim, beynim açılsın. Gələn kimi dostum Xəyyam (meyxanaçı Xəyyam Əhmədli - red.) vəfat etdi. Bu da bir zərbə oldu.