Oğuz sakininin Bakıda meyiti aşkarlanıb.
Rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Bəraət Tanrıverdi oğlu Babakişiyev Bakı şəhərində kirayə qaldığı evin hamamında huşsuz vəziyyətdə tapılıb.
Məlumata görə, bir müddətdir Bakı şəhərində işləyən 31 yaşlı B.Babakişiyev həmin mənzildə tək yaşayıb.