Martın 5-də saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Müdafiə Nazirliyi məlumat yaydı: 13:00-dan 17:00-dək...
Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-in məlumatında deyilir.