Salyanda baş verən yol qəzasında sürücü ölüb.
Pravda.az-ın xəbərinə görə, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90 BK 939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.