Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik edilib.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət köhnə "Cavanşir körpüsü" kimi tanınan ərazidən gedir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi əməkdaşları həmin ərazidə təhlillər aparıb sıxlığın qarşısını almaq məqsədilə dəyişikliyin edilməsi ilə bağlı qərar veriblər.