Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir:
"Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə "dərs dilənçiləri", "hinduşkabaş" deyir".
İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.