“Zaminbank” ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul aşkar edilməsi və Azərbaycanın icra şöbəsinin həmin hesab üzərinə həbs qoyulması müraciəti barədə məlumat vermişdik.
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.
Qərara əsasən Nadir İsmayılova məxsus 5 milyon manatlıq bank hesabına həbs qoyulub.