Yaponlar dünyada ən uzun və sağlam yaşayan xalqlardan biridir. Xüsusilə Okinava adasında 100 yaşını keçən insanların sayının çoxluğu diqqət çəkir. Uzunömürlülüyün sirri onların qidalanma vərdişlərində gizlidir.
Yapon diyetoloqu Asako Miyaşita uşaqlıqdan yeməyi dərman kimi qəbul etməyi öyrəndiyini və nənəsinin 92 yaşına qədər sağlam yaşamasının düzgün qidalanma sayəsində olduğunu bildirir. Onun sözlərinə görə, Yaponiya Səhiyyə Nazirliyinin 2022-ci il hesabatında 100 yaşdan yuxarı insanların sayı 90 mindən çox olub və bu, 20 il əvvəlkindən beş dəfə çoxdur.
Ənənəvi Yapon pəhrizinə sadiq qalan Miyaşita, sağlam və uzun ömür sürmək üçün tez-tez istehlak edilən beş qidanı belə izah edir:
Şirin kartof
Yaponiyada "imo" adlandırılan Okinava şirin kartofu bənövşəyi rəngi və dadı ilə seçilir. Antioksidantlarla zəngin olduğu üçün yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir və ürək-damar xəstəlikləri riskini azaldır.