Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Pravda.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası yeddi ildən dörd ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Lalə İmaşova doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.