Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.
Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb, oğlu saxlanılıb.