Qumar oyunları təşkil edərək iki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Ruslan Karlin barəsindəki cinayət işi Baş prokurorun birinci müavininə qaytarılıb.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.
Məhkəmə təqsirləndirilən şəxsin vəsatəti əsasında onun müdafiə hüququnun pozulduğu, həmçinin ittiham aktının düzgün tərtib edilmədiyi və kobud qanun pozuntularına yol verildiyi qənaətinə gəlinib.
Bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın Baş prokurorunun birinci müavininə qaytarılıb.
Həmçinin məhkəmənin qərarı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin müvəkkili barəsində xüsusi qərar çıxarılıb.