Göyçay rayonunun İnçə kəndində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Kənd sakini 43 yaşlı Gülnarə Səmədova həyətindəki meyvə ağacından özünü asaraq həyatına son qoyub.
Mərhumun həyat yoldaşı hadisənin aralarındakı mübahisədən sonra baş verdiyini bildirib:
"Səhər saat 5-də işə gedirdi, gecə saat 9-un yarısında evə gəlirdi. Evə qayıtmaqda çətinlik çəkirdi. Uşaqları tək qoyub gedirdi. Altı dənə uşaq evdə qalırdı, onların da məktəbi var, yeməyi var, içməyi var. Mən istədim ki, Gülnarə evdə qalsın, uşaqlara baxsın, amma o etiraz edərək dedi ki, yox, işləyəcək. İşə getdim, sonra xəbər aldım ki, özünü asıb. Uşaqları məktəbə və bağçaya göndərmişdi, məktəbdən qayıdanda uşaqlarımdan biri anasının meyitini tapıb".