Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Mala Praga” restoranında şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. Eyni zamanda, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları üçün xüsusi tədbir keçirilib.
Pravda.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirin əsas məqsədi şəhid ailələri və qazilərə dövlətin və cəmiyyətin daim onların yanında olduğunu göstərmək, eyni zamanda şəhidlərimizin əziz xatirəsini anmaq olub. Rəsmi şəxslər çıxış edərək şəhidlərin fədakarlığını vurğulayıb, onların ailələrinin qayğı və ehtiyaclarının daim diqqət mərkəzində saxlanıldığını bildiriblər.