Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-də şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Pravda.az xəbər verir ki, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.