"Ailə TV”, "Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub.
Pravda.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F. Allahverdiyevin keçmiş həyat yoldaşı G. Allahverdiyevadır. Əvvəllər "Azərreyl” voleybol klubunun üzvü olmuş G. Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.