Bahar EnergyLtd. əməliyyat şirkətində neftçilərin hüquqları pozulur. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
O qeyd edib ki, şirkətin prezidenti Con Harkinsin göstərişilə şirkətin prezidentinin səlahiyyətlərini icra edən Deyl Makfadden Azərbaycanın əmək qanunvericiliyinin pozulması və işdən çıxarılma hədəsi ilə işçiləri əməkhaqqının 20% azaldılması ilə yeni əmək müqavilələri bağlamağa məcbur edir. Bu, maaşı yüksək olanlara (4000 – 40000 manat) aid deyil, maaşı az olanlara aiddir.
Bundan əlavə, şirkət rəhbərliyi qanunvericiliyi pozaraq artıq iki aydır ki, əməkhaqqı ödəmir.
M.Qəhrəmanlı xatırladıb ki, prezident İlham Əliyev pandemiya şəraitində işçilərin ixtisar olunmamasını təkidlə tövsiyə edib.