Xalq artisti Mehriban Zəki illərlə səhnədən uzaq qalmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Pərvizə görə" verilişində danışıb. O bildirib ki, mərhum Xalq artisti Azər Paşa Nemətov onu cəzalandıraraq, 7 il səhnədə uzaq saxlayıb:
"Bundan əvvəlki dövrdə 7 il müddətində “AzDrama”da səhnəyə çıxmadım. Var olan hər bir şeyi qanuni olaraq qəbul etmişəm. Heç vaxt bunu neqativ, pislik kimi qəbul etməmişəm. Pislik olan o idi ki, ömrümdən 7 il getdi. Yəqin ki, belə lazım idi. Sadəcə Azər müəllim onda Rus Dram Teatrında tamaşa oynadığım üçün məni cəzalandırdı. 7 il… Məni qəbul etmirdi, mənimlə tamaşa qurmaq istəmirdi. Hətta söhbətlərimizin birində dedi ki, çıx, get Rus Dram Teatrının aktrisası ol! Dedim ki, getməyəcəyəm. Həyat öz axarı ilə gedir, zaman dəyişdi. Allah Azər müəllimə rəhmət etsin”.