Dövlət Gömrük Komitəsinin (DGK) "avtoşluq" edən vəzifəli şəxsi saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1980-ci il təvəllüdlü, Dövlət Gömrük Komitəsində müfəttiş işləyən S.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı 6 mart 2025-ci il tarixdə, saat 21.00 radələrində Astara şəhərində "Mercedes" markalı avtomobili insanların sıx olduğu ərazidə sürətlə idarə edib.
O, dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dərhal hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları çağırılıb. Bu zaman şəxs aqressivlik nümayiş etdirərək "sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır", "gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm" kimi ifadələr işlədib.