Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevə məktubla patron göndərən şəxsə ağır cəza verilib. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1987-ci ildə Bakı şəhərində anadan olmuş E.B.-ya Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, E.B.-nın baş həkimlə ədavətinin yaranmasına səbəb sonuncunun onun qardaşı D.B.-ya "pensiya düzəltmədiyinə" görə yaranıb. Belə ki, təqsirləndirilən şəxsin qardaşı 2022-ci ildə çoxlu iynə udduğuna görə Bakıda əməliyyat olunub. Əməliyyatdan sonra D.B. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gələrək əlillik almaq üçün Elçin Əliyevdən rəy verməsini tələb edib. Baş həkim bundan imtina etdiyi üçün E.B. ondan qardaşının "qisası"nı almağı özünə söz verib.