Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Dumanlı hava nə vaxtadək davam edəcək?

542
Paylaş:
Dumanlı hava nə vaxtadək davam edəcək?

Martın 11-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yexlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Paylaş:

Ən son xəbərlər