Özünü hüquq müdafiəçisi kimi təqdim edən qadının vətəndaşlara külli miqdarda ziyan vurduğu iddia edilir. Söhbət Səbiyyə Panəliyeva adlı qadından gedir.
Bildirilir ki, o, göstərəcəyi hüquq xidmətləri əvəzində vətəndaşlardan bank kartı vasitəsilə müəyyən miqdarda pul vəsaitləri tələb edib. Ona müraciət edənlər deyirlər ki, qadın pulu alsa da, heç bir hüquqi xidmət göstərməyib. Zərərçəkənlərin iddiasına görə, o, özünü hansısa hüquq bürosunda hüquqşunas kimi təqdim edib və ölkənin müxtəlif bölgələrindən müraciət edən insanların etibarından sui-istifadə edib. Araşdırmalar zamanı isə məlum olub ki, Səbiyyə Panəliyeva hüquq müdafiəçisi deyilmiş. Qadının 12 nəfərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu bildirilir.