Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
Pravda.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin rəhbəri Həsən Məmmədov, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Seyid Yusif Ağa ocağının davamçısı Hacı Seyid Səbuhi Yusifov, Naftalan Şəhər Cümə Məscidinin İmamı, Şəhər Məscidinin icma sədri Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, müharibə əlilləri, həmçinin Türk Dövlətlərinin nümayəndələri Özbəkistandan və Qazaxıstandan olan, Naftalanda müalicə alan xarici turistlərdə iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.