BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramil Həsən: “Ermənistanın düşmüş olduğu xaos göz qabağındadır”

“Ermənistan dırnaqarası müstəqillik əldə etməsinə baxmayaraq bu günə qədər başqa ölkələrin fort-postu olaraq fəaliyyətini davam etdirməkdədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ramil Həsən deyib.

 

Parlament üzvü bildirib ki, cənab Prezidentin xüsusilə vurğuladığı kimi 1998-ci ildən bu günə qədər Ermənistanda cinayətkar-mafioz qruplar ölkəyə rəhbərlik ediblər: “Bu gün Ermənistanın faktiki olaraq əhalisi 2 milyondur. Çoxlu sayda insan ölkəni tərk edib gedibsə, deməli Ermənistanda ciddi xaos, anarxiya, başıpozuqluq mövcuddur. Bu proseslər nəticəsində əhalinin təxminən 45 faizi ölkəni tərk edib. Bu gün 20 il ərzində cinayətkar dəstədən və korrupsioner rejimdən sonra hakimiyyətə gələn rejimin adını cənab Prezident çıxışlarında qeyd edib-təlxək şousu. Ermənistanın baş naziri bu gün ölkədə təlxək şousunun ssenari müəllifidir. Real fakt bundan ibarətdir ki, 1997 ilə qədər Ermənistanda az-çox Dağlıq Qarabağ problemini Azərbaycanla həll etmək üçün ağıl və məntiqlə çalışan bir şəxs var idi-Petrosyan. Onu da bir gecənin içərisində məcburən istefaya göndərdilər. Çünki lazım olan şəkildə Ermənistan xalqının yox başqa mənfəətlərin güdülməsi əsas amil kimi deyilirdi”.

 

R.Həsən qeyd edib ki, bütün dünyada bəlaya çevrilən “COVİD-19” pandemiyası ilə əlaqədar Azərbaycan 30-dan çox ölkəyə hərtərəfli yardım göstərdiyi halda Ermənistan digər ölkələrdən yardım dilənir: “Azərbaycanın bu günkü real vəziyyəti, iqtisadi-siyasi və hərbi gücü, dövlətin idarəetmə mexanizmdə aparılan islahatlar və Ermənistanın düşmüş olduğu xaos göz qabağındadır”.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası müəyyən iddiallarla çıxış edir. Bildirilir ki, Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir.Sherg.az

Tarix: 1 İyul 2020, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin