Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə Komissiya yaradılıb, Komissiyanınn tərkibində ixtisas qrupları üzrə İşçi qrupları formalaşdırılıb.
Martın 7-də Azərbaycan İdman Akademiyasında (AİA) İdman və Xidmət ixtisasları üzrə işçi qrupun ilk iclası keçirilib.
İşçi komissiyasının sədri, AİA-nın rektoru Fuad Hacıyev bildirib ki, sözügedən işçi qrupu 19 ali təhsil müəssisəsinin professor-müəllim heyətindən ibarət 36, həmçinin əmək bazarını təmsil edən 15 şəxs olmaqla, ümumilikdə 51 nəfərdən formalaşdırılıb. Həmçinin rektor görüləcək işlər və dəyişikliklərin zəruriliyi barədə də fikirlərini bölüşüb.