Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.
Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.