BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, Nizami, Musəvi, S.Orucov küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 12 Mart 2025, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin