Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib. Pravda.az "Teleqraf"a istinadən verdiyi məlumata görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında baş verib.
2012-ci il təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.
Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: "Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".