Kalsium orqanizmimiz üçün ən vacib minerallardan biridir. O, sümükləri və dişləri möhkəmləndirməklə yanaşı, sinir impulslarının ötürülməsində, miokardın yığılmasında və qanın laxtalanmasında iştirak edir. Britaniyalı alimlərin son araşdırması göstərib ki, gündəlik əlavə 300 mq kalsium bağırsaq xərçəngi riskini 17% azaldır.
Bu barədə britaniyalı diyetoloq Naycel Denbi danışıb.
Onun sözlərinə görə, ənənəvi olaraq kalsiumun əsas mənbələri süd məhsulları hesab olunur, lakin bu dəyərli mineralla zəngin olan başqa qidalar da mövcuddur.
"Kalsium tərkibinə görə liderlərdən biri konservləşdirilmiş balıqlar, xüsusən sardinalardır. Bu balığın cəmi 50 qramı yaşlılar üçün 700 mq olan gündəlik kalsium normasının təxminən 49%-ni təmin edir. Kalsium sardinaların yumşalmış sümüklərində olur. Bundan əlavə, onlarda kalsiumun mənimsənilməsi üçün lazım olan D vitamini də var", - deyə diyetoloq bildirib.


