Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.