Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Goranboyda 9-cu sinif şagirdi qaçırılıb? - RƏSMİ AÇIQLAMA

687
Paylaş:
Goranboyda 9-cu sinif şagirdi qaçırılıb? -   RƏSMİ AÇIQLAMA

Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

00:05

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.


Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.


Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.


Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


Araşdırmanın nəticəsi barədə məlumat veriləcək./APA

Paylaş:

Ən son xəbərlər