Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir. O, bu barədə videonu "Xəzər Xəbər"in vatsap nömrəsinə göndərərək iddia edib ki, yerli istehsal olan "Lebro" broyler toyuğunun içərisinə buz doldurulub və çəkisi artırılıb. Nəticədə toyuğun öz real dəyərindən xeyli artıq pul ödəməli olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dondurulmuş ət məhsullarının, xüsusilə toyuğun içərisinə buzun doldurularaq satışa verilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır.