Cənub bölgəsində balığın qiyməti bahalaşıb. Pravda.az ATV-yə istinadən məlumat verir ki, çərşənbə süfrəsinin təamı olan balığın qiymətində 15-20 manata qədər artım müşahidə olunur.
Belə ki, Lənkəranın Böyük bazarında satılan ən bahalı balığın qiyməti 70 manat təşkil edir.