BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktyor nazirə müraciət etdi: “Mədəniyyətə sizin qurumda çalışanlardan daha çox xidmət edirəm”

Tanınmış ktyor Hikmət Rəhimov mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb.

 

Pravda.az aktyorun müraciətini təqdim edir:

 

"Əziz və dəyərli Adil müəllim!

 

Yadınızdadırsa, sizinlə görüşdə demişdim ki, nə qədər burdasınız, sizin rəhbərlik etdiyiniz qurum ilə bağlı fikir bildirmək istəmirəm. Amma və lakin təyin etdiyiniz bəzi adamlar nəinki işini görə bilir, hətta ədavət aparır. Yəqin ki, bu yazı ilə bağlı sizə məlumat çatacaq və istəməzdim məndən buna görə inciyəsinisiz.

 

Keçək mətləbə. Sizin bir əməkdaş var kino şöbədə Günay Rəhimova, bu adam barəsində tədbir görsəniz yaxşı olar, məncə. Səbəini aşağıda qeyd edəcəm. Bu adam kimdir? Bunun kinoya nə aidiyyatı var axı? 125 yaşı olan Azərbaycan kinosunda niyə belə bir adam söz sahibi olmalıdır?

 

Mən sizin quruma indiyə qədər heç bir məsələ ilə bağlı müraciət etməmişəm.Nə pul istəmişəm, nə fəxri ad istəmişəm, ümumiyyətlə, bir nəfər deyə bilməz ki Hikmət gəlmişdi nəsə istəyirdi bizlərdən.

 

Mən təkbaşına Allahın ətəyindən yapışıb bu yolu gedirəm. Şəxsən bu ölkənin mədəniyyətinə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm. Bunu isbat eləməyə hazıram.

 

Azərbaycan respublikasının mədəniyyətinə heç bir aidiyyatı olmayan Günay mənlə nəyinsə ədavətini aparır bilmirəm.

 

Mart ayının 10 da Heydər Əliyev mərkəzində baş tutan kino ilə bağlı tədbirə dəvət olunmuşam, bu adam deyib ki, Hikmət orada olmalı deyil. Mənim onunla ədavətim var. Bu məsələni də sübut eləməyə hazıram.

 

Ümumiyyətlə, elə tədbirlərə gedən adam deyiləm. Elə yerlərə gedim boş boş danışıqlara qulaq asmaq, zənnimcə, vaxt itkisidir.

 

Sadəcə, əməkdaşınıza deyin ki, onlardan əvvəlkilər əlliayaqli getdilər, bunlardan sonrakıları belə tarix “fuflo” kimi vərəqləyəcək. Çünki o binada Azərbaycan kinosu heç kimə maraqlı deyil. O xanımdır, bir zəhmət ona deyin, getsin tayını tapsın ədavətini onlarla aparsın.

 

Əziz Adil müəllim, həqiqətən insan kimi mənim üçün dəyərlisiniz və mənə etdiyiniz köməkliyi unutsam, nadan olaram. Amma sizdən xahiş və tələb edirəm, bunlar nə qədər sizi pis vəziyyətdə qoymayıblar, yola salın getsinlər.

 

Bu adamların Azərbaycan kinosu ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur".

Tarix: 14 Mart 2025, 07:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin