BURADA REKLAMINIZ OLA
BİLƏR

Zahid Oruc: Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər

Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.


Zahid Oruc bildirib ki, hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur: “Mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır. Sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur"./APA

Tarix: 14 Mart 2025, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin