“Kişilər boşanmaq istəmir. Bu isə onların ailəni qorumaqdan ötrü atdıqları bir addım deyil. Əsl səbəb ictimai qınaqdan qorxmaqlarıdır”.
Pravda.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Zibeydə Sadıqova bildirib.
O, sözügedən problemlə bağlı bir sıra nüanslara toxunub:
“Boşanmaların təşəbbüskarı qadınlardır demək doğru deyil. Lakin boşanma üçün müraciət edənlərin, əlbəttə ki, böyük əksəriyyəti, hətta 70%-dən çoxu qadınlardır. Ümumiyyətlə, məhkəmələrə baxsanız, müraciət edənləri siyahıya alsanız, görərsiniz ki, kişilər boşanmaq istəmir. Hətta bəzən razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma boşanmasınlar.
Kişilərə bu ailəni qorumaq üçün yox, sadəcə cəmiyyətdə qınaq obyekti olmamaq üçün lazımdır”.