Xəbər verdiyimiz kimi, Tiflisdə kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanınan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb.
Məlumatla görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olunurdu. Musavat.com xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub. Bəlli olub ki, Levan uzun müddət imiş yalnız mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Məlumata görə, bir ay əvvəl o, Moskvada olub, orada görüşlər keçirib.
Tiflisə isə vəfat edən yaxın dostu ilə vidalaşmaq üçün gəlibmiş. Sui-qəsd hazırlayanlar da yaxşı biliblər ki, Levan mərhumla vidalaşmaq üçün mütləq Tiflisə qayıdacaq və killer də sadəcə, hüzr mərasiminin keçirildiyi yerdə pusqu qurub. Qara beysbol papaqlı qatil Levanın mühafizəçi ilə addımladığı vaxt tətiyi çəkib. O, əvvəlcə qaçmağı seçən mühafizəçiyə hücum edib. Levan Canqveladze isə avtobus dayanacağına doğru qaçsa da, qatil onu kürəyindən vurub. Sonra o, öldüyünə əmin olmaq üçün bir neçə nəzarət atəşi də açıb.
Mənbənin sözlərinə görə, Merab qardaşının qətlinin arxasında kimin ola biləcəyi ilə bağlı hələ dəqiq bir nəticəyə gəlməyib. Levanın kifayət qədər düşməni var idi. Eyni zamanda o, həmişə bazarlara, meyvə-tərəvəz bazalarına maraq göstərib, bu da Azərbaycan mafioz klanları ilə qanlı çəkişmələrə gətirib çıxarıb.