Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nesrin Cavadzadə ilə aktyor Pamir Pekin arasında eşq münasibəti başlayıb.
Bu barədə Pravda.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, cütlük hazırda böyük izləyici kütləsinə malik "Sandık Kokusu" serialında Ayça və Hakan obrazlarını canlandırır və çəkilişlər zamanı da aktyorların dostluğu sevgiyə çevrilib.
Pamir Pekin sosial media hesabında Nesrin Cavadzadə ilə fotolarını paylaşaraq münasibətlərini açıqlayıb.


