Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir qrup sakin Musavat.com-a müraciət edib.
Şikayətçilər bildiriblər ki, Saray qəsəbəsində "Jasmin Park" adlı yaşayış kompleksi tikən "Şərur” MTK-nın işçiləri iri tonnajlı maşınlarla onların kanalizasiya xəttini və su sistemini zədələyib: “Öz xərcimizlə çəkdiyimiz yollarımızı iri tonnajı maşınları ilə dağıdıblar. Bütün həyətlər kanalizasiya suyu altındadır. Binaların qarajlarında parklanma qiymətlərini qaldırıblar deyə camaat maşınları küçədə saxlayır, bu isə yolun daralmasına, iri tonnajlı maşınların kanalizasiya quyularını dağıtmasına səbəb olub. Tez-tez traktorları ilə kanalizasiya axan yerlərin, içini doldururlar ki, yol genişlənsin. Nəticədə onlarla ailənin həyəti kanalizasiya suyu ilə dolub. Dəfələrlə demişik, baxan yoxdur. Hətta 1 dəfə etiraz edəndə traktorçu traktoru qonşu qadının üstünə sürməkdən belə çəkinmədi.