"Laser Beauty" klinikası ilə bağlı növbəti sensasion iddia yayılıb. Pravda.az qaynarinfo.az-a istinadla xəbər verir ki, klinkada həkim kimi fəaliyyət göstərən, ancaq sertifikasiya prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin təhsili haqda yanlış məlumat verdiyi bildirilir.
Qeyd edilir ki, Nigar Rüfətin bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığı göstərilib. Daha sonra - 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetində farmakologiya ixtisası üzrə təhsil aldığı qeyd edilib.
Əslində Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa - daha nüfuzlu universitetin adını göstərib.
Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakologiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.