“Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirilib”.
Pravda.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsində çalışmış Nərmin İsmayılova bildirib.
Əməliyyat nəticəsində saxlanılan olmayıb
Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzində bu il martın 11-də əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan olmayıb.
N. İsmayılova qeyd edib ki, aparılan araşdırma ilə bağlı özü və digər əməkdaşlar ifadə verib.
Barəsində səslənən ittihamlara münasibət bildirən Nərmin İsmayılova deyib ki, 6 il rəhbər vəzifədə olmaqla, 28 il bu sahədə çalışıb: “Mən aliməm. Mənimlə bağlı şikayət olunmayıb. Vəzifəli şəxs olduğum üçün bu məsələdə adım hallanır. Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam? İnsulini necə satmaq olar? Mərkəzdə 1300 uşaq qeydiyyatdadır. Onlar vaxtında insulinlə təmin olunur. Bəzən heç insulin çatmır. Belə olan halda necə satıla bilər?”
TƏBİB mərkəzdə maliyyə yoxlaması aparıb
N. İsmayılovanın sözlərinə görə, bu il 12-17 yanvar tarixlərində TƏBİB mərkəzdə maliyyə yoxlaması aparıb: “Dərman preparatları bir-bir yoxlanıb. İnsulinlə yanaşı, bizdə uşaqlara boy hormonu verilir. Onunla bağlı kiminsə şikayəti olubmu? Xeyr, qeydiyyatda olan xəstələrdən kimsə şikayət etməyib. İnsulin satılması faktı da olmayıb. İnsulin dövlət tərəfindən pulsuz təmin olunur. Yalnız xüsusi qrup xəstələrə verilir”.
Onun sözlərinə görə, cinayət işi açılsa da, saxlanılan olmayıb: “Məni iş üzrə bir dəfə ifadə vermişəm. Mən hər zaman dövlətin mənafeyini qorumuşam”.
