Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunublar.
Pravda.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.