“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb. Pravda.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.