Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunun 2 hərbçisi Gədəbəydə qar uçqununa düşüb - BİRGƏ MƏLUMAT

Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu dumanlı hava şəraitində qar uçqununa düşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilib.

 

Məlumata görə, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

 

"Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb. Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib. Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilib.

Tarix: 19 Mart 2025, 16:35   
Xəbər lenti
Çox oxunanlar