Xalqımızın milli bayramı olan Novruz bayramı Nərimanov rayonunda böyük coşqu ilə qeyd edilib.
Pravda.az xəbər verir ki, rayon ərazisində yerləşən Nərimanov parkında sərgi və bayram konserti keçirilib.
Sərgidə rayon ərazisində yerləşən məktəblər milli adət-ənələrimizə uyğun stendlərlə çıxış ediblər. Konsert proqramı çərcivəsində müxtəlif tamaşalar və oyunlar təşkil olunub.