Prodüser və aparıcı Tarix Əliyev (Tolik) bu dəfə Novruz Bayramı ilə bağlı gözlənilməz bir açıqlama ilə gündəmə gəlib. Sosial media hesabında izləyicilərinə müraciət edən Tolik, öz dostlarından aldığı qəribə “bayram təbriki”ndən şikayətlənib. Tolik son iki gündə bəzi tanışlarının ona Novruz Bayramı münasibətilə kart göndərdiyini deyib. Lakin bu kartların üzərində sadəcə bayram arzuları deyil, papak şəkli və qapı döyüntüsü səsi olub. O, bunu əvvəlcə adi bir zarafat olduğunu düşünsə də, məsələ düşündüyündən daha ciddi olub.
“Bu, mədəni pul istəməkdir?” – sualını irəli sürən prodüser, illərlə davam edən Novruz ənənələrində papağın içərisinə şəkərbura, qoğal və konfet qoyulmasını normal qarşıladığını, lakin pul istəmək üçün belə bir üsulun qəbuledilməz olduğunu vurğulayıb.