Avtomobillə 2 qadını vuraraq ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Qəza zamanı dünyasını dəyişən xanımlar Bakı Modern Təhsil Kompleksinin direktoru və onun müavini imiş. Hadisə 2024-cü il, mayın 5-də saat 22:40 radələrində baş verib.
Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Neptun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.
G.Əfəndiyeva hadisə yerində dünyasını dəyişib. Kəmalə Bağırova isə bir neçə gün xəstəxanalardan birində müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Gülarə Əfəndiyeva Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. Kəmalə Bağırova isə onun müavini imiş. Onlar “Neptun” şadlıq sarayında iş yoldaşlarının oğlunun toy məclisindən çıxaraq evə gedirmişlər. Şadlıq sarayından çıxan zaman yolun əks tərəfində Kəmalə Bağırovanın maşınına əyləşmək üçün yolu keçmək istəyiblər.
Qəzanı törədən Cavad Ələkbərov idarə etdiyi avtomobili icarəyə götürübmüş. Onun sözlərinə görə, hadisə vaxtı hava qaranlıq olduğu üçün piyadaları görməyib. Ələkbərov bildirib ki, qarşısındakı maşın anidən əyləci sıxdığı üçün o, avtomobili sağ zolağa çıxararaq hərəkətə davam etmək istəyib. Sağ zolağa çıxan zaman qarşısına anidən iki qadın çıxıb və onları vurub.
Mərhumun hüquqi varisləri Cavad Ələkbərovdan şikayətçi olmayıblar. Gülarə Əfəndiyevanın qızı şikayətçi olmadığını, lakin bir istəyinin olduğunu deyib. Bildirib ki, tək istəyi Cavad Ələkbərovun bir daha avtomobil idarə etməməsidir.
Kəmalə Bağırovanın qızı da Ələkbərovdan şikayətçi olmayıb. Bildirib ki, onlara maddi yardımla bağlı təklif olsa da, qəbul etməyiblər.
Məhkəmə Cavad Ələkbərov barəsində 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib. Ələkbərov ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılıb.
Musavat.com
9 Mart 15:46
9 Mart 15:45
9 Mart 15:34
9 Mart 15:10
9 Mart 14:54
9 Mart 14:52
9 Mart 13:09
9 Mart 12:52
9 Mart 12:35
9 Mart 12:31
9 Mart 11:23
9 Mart 11:19
9 Mart 11:17
9 Mart 10:42
9 Mart 10:04
9 Mart 10:02
9 Mart 03:50
9 Mart 01:41
9 Mart 01:16
9 Mart 01:14
8 Mart 23:56
8 Mart 23:53
8 Mart 23:51
8 Mart 23:27
8 Mart 23:25
8 Mart 23:11
8 Mart 23:09
8 Mart 21:08
8 Mart 20:34
8 Mart 20:32
8 Mart 19:36
8 Mart 19:20
8 Mart 18:41
8 Mart 18:39
8 Mart 17:25
8 Mart 17:22
8 Mart 17:21
8 Mart 17:19
8 Mart 16:46
8 Mart 15:33
8 Mart 15:23
8 Mart 14:35
8 Mart 13:51
8 Mart 12:55
8 Mart 12:35
8 Mart 11:31
8 Mart 11:16
8 Mart 11:15
8 Mart 11:13
8 Mart 11:12
8 Mart 11:10
8 Mart 11:04
8 Mart 10:30
8 Mart 09:48
8 Mart 09:09
8 Mart 08:47
8 Mart 02:24
8 Mart 02:23
8 Mart 00:13
7 Mart 23:14
7 Mart 23:12
7 Mart 23:08
7 Mart 23:04
7 Mart 22:42
7 Mart 22:39
7 Mart 22:38
7 Mart 22:20
7 Mart 21:33
7 Mart 21:30
7 Mart 21:28
7 Mart 21:26
7 Mart 21:21
7 Mart 20:58
7 Mart 20:30
7 Mart 20:29
7 Mart 18:55
7 Mart 18:39
7 Mart 18:25
7 Mart 18:17
7 Mart 18:12
7 Mart 18:03
7 Mart 17:59
7 Mart 17:52
7 Mart 15:29
7 Mart 14:54
7 Mart 14:45
7 Mart 14:41
7 Mart 14:27
7 Mart 14:19
7 Mart 14:13
7 Mart 14:03
7 Mart 13:56
7 Mart 13:54
7 Mart 12:35
7 Mart 11:50
7 Mart 11:17
7 Mart 11:07
7 Mart 09:44
7 Mart 09:24
7 Mart 09:14
7 Mart 08:46
7 Mart 08:42
7 Mart 07:56
7 Mart 07:52
7 Mart 01:35
7 Mart 01:25
7 Mart 00:34
7 Mart 00:22
6 Mart 23:40
6 Mart 23:38
6 Mart 22:02
6 Mart 21:56
6 Mart 21:52
6 Mart 21:47
6 Mart 21:46
6 Mart 20:51
6 Mart 20:46
6 Mart 20:43
6 Mart 20:25
6 Mart 19:26
6 Mart 19:20
6 Mart 19:16
6 Mart 19:14
6 Mart 19:06
6 Mart 18:45
6 Mart 18:43
6 Mart 18:40
6 Mart 18:39
6 Mart 18:34
6 Mart 18:32
6 Mart 18:29
6 Mart 18:11
6 Mart 18:02
6 Mart 18:00
6 Mart 17:44
6 Mart 17:39
6 Mart 17:38
6 Mart 17:17
6 Mart 16:53
6 Mart 16:50
6 Mart 16:50
6 Mart 16:35
6 Mart 16:27
6 Mart 16:24
6 Mart 16:19
6 Mart 16:13
6 Mart 15:53
6 Mart 15:38
6 Mart 15:32
6 Mart 15:30
Ən son xəbərləri səhifəmizdən də izləyin