Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Babək qızı Abbasova dördüncü övladını dünyaya gətirdikdən sonra həyatını itirib. Pravda.az Bizim.Media-ya istinadla xəbər verir ki, N.Abbasova martın 8-də hamiləliyinin yoxlanılması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lakin ona bir həftə sonra yenidən gəlməsi tövsiyə edilib. Yaxınları ilə evə qayıdarkən, yolda doğuş başlayıb və doğuş avtomobildə qeyri-peşəkar şəraitdə həyata keçirilib. Daha sonra o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Yaxınlarının dediyinə görə, N.Abbasova xəstəxanaya sağlam vəziyyətdə qəbul edilib.
Lakin axşam saatlarında vəziyyəti pisləşib və komaya düşüb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində 12 gün qalan qadın, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.