Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – mətbuat xidməti açıqlayıb.